Home Qarabağ Bu ordunun qarşısında heç kim dayana bilməzdi – Xaindrava

Bu ordunun qarşısında heç kim dayana bilməzdi – Xaindrava

288
0

Ermənistana silah tədarükü başqa, Emənistan tərəfində vuruşmaq başqa. Rusiya 44 günlük müharibə zamanı Azərbaycana qarşı açıq şəkildə döyüşməyib.

Sosialxəbər.az xəbər verir ki, bu fikirləri Gürcüstanın münaqişələrin nizamlanması üzrə keçmiş naziri (2004-2006), politiloq Georgi Xaindrava deyib.

“Hətta Rusiya Ermənistan tərəfindən açıq şəkildə müharibəyə qoşulsaydı belə, düşünürəm ki, Azərbaycan yenə də öz ərazi bütövlüyünü bərpa edəcəkdi. Düzdür, bu, Azərbaycan üçün daha mürəkkəb olacaqdı çətin, amma bu ordunun qarşısında heç kim dayana bilməzdi. Biz hamımız müharibə dövründə hadisələri çox diqqətlə izlədik və Azərbaycan Ordusunun hərəkətləri, o döyüşlərdə göstərdiyi peşəkarlıq və döyüş qabiliyyəti səviyyəsinə heyran idik”, – Xaindrava qeyd edib.

Previous articleSənədsiz evlərin sahiblərinə şad xəbər – Video
Next articleİlham Əliyev BMT-nin 76-cı sessiyasında çıxış etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here