Home Təhsil Bu valideynlər məktəblərə buraxılmayacaq

Bu valideynlər məktəblərə buraxılmayacaq

1189
0

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva valideynlərin paytaxt məktəblərinin həyətlərinə belə buraxılmaması məsələsinə münasibət bildirib.

Sosialxəbər.az xəbər verir ki, İdarənin müdiri jurnalistlərə açıqlamasında valideynlərin bu məsələyə anlayışla yanaşmalarını tövsiyə edib.

O bildirib ki, valideynlər təhsilin bir parçasıdır:

“Valideynlər də bu prosesə anlayışlı yanaşmalıdır. Əgər sıxlıq və problem yaranırsa, onların məktəbdən kənarda dayanması daha yaxşıdır. Məktəbin daxilinə isə yalnız COVİD-19 pasportu ilə daxil olmaq mümkündür. Mənə elə gəlir ki, belə məqamda valideynlər övladlarının sağlamlığı üçün çalışmalıdır ki, sıxlıq prosesi tənzimlənə bilsin”.

Previous articleAzərbaycanda erməni dilində markalanmış məhsullar… – Video
Next articleRasim Balayev ailəsi ilə birlikdə Şuşada – 35 il fərqlə

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here