Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.
Sosialxəbər.az xəbər verir ki, jurnalistin müalicə aldığı “Yeni Klinika”dan “Report“a verilən açıqlamada E.Əşrəfoğlunun vəziyyətinin kritik olaraq qaldığı bildirilib.
“Agciyər göstəricilərində müsbətə doğru dəyişikliklər olmadığı üçün ECMO-ya qoşulub”, – klinikadan məlumat verilib.
Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan həmkarımız daha sonra “Yeni Klinika”ya köçürülüb.