Home Hərbi KTMT-nin hərbi təlimi cavab addımıdır – Tacik ekspert

KTMT-nin hərbi təlimi cavab addımıdır – Tacik ekspert

87
0

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçirəcəyi hərbi təlimlər artan təhlükəsizlik təhdidlərinə cavabdır.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a tacik ekspert Kamran Hidayətzadə KTMT ölkələri Silahlı Qüvvələrinin iştirakı ilə oktyabr ayında Tacikistanda keçiriləcək irimiqyaslı hərbi təlimlər haqda danışarkən deyib.

Onun sözlərinə görə, bu təlimlər KTMT-nin məsul olduğu bölgədə regional təhlükəsizliyi və sabitliyi poza biləcək potensial təhdidləri dəf etmək məqsədi daşıyır:

“Şübhəsiz ki, təhdidlər var – beynəlxalq terror təşkilatlarının fəaliyyətini maliyyələşdirmə mənbələrindən biri sayılan qanunsuz narkotik maddələrin, silahların və digər transmilli mütəşəkkil cinayətlərin artması təcili cavab tədbirləri tələb edir. Planlaşdırılan bu hərbi təlimlər də belə tədbirlərdən biridir”.

Ekspertin fikrincə, regional və qlobal təhlükəsizliyə artan çağırışlar və təhdidlər, onları neytrallaşdırmaq üçün dünya dövlətlərinin əlaqələndirilmiş yanaşmalarını tələb edir:

“Postsovet məkanında təhlükəsizliyi təmin edən yeganə beynəlxalq təşkilat olan KTMT məsul olduğu bölgədə davamlı sülhün yaradılması və davamlı sabitliyin və təhlükəsizliyin təmin edilməsi məsələsinə böyük əhəmiyyət verir”, – deyə tacik mütəxəssis bildirib

Previous articleNK-nın un qərarı çörək ajiotajının qarşısını alacaq?
Next articleMirələmovun XİN-də işləyən oğlunun adı qalmaqalda

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here