Home Sağlamlıq Ölkəmizdə mu ştammına yoluxan olub? – Rəsmi cavab

Ölkəmizdə mu ştammına yoluxan olub? – Rəsmi cavab

112
0

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının mu ştamı ilə yoluxma faktı qeydə alınmayıb. Mu ştamının araşdırılması ilə bağlı müxtəlif genom analizləri aparılır.

Sosialxəbər.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, mu ştamı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb:

“Yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır. COVID-19-un mu ştamı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq”.

Previous articleBu il saxta əlillik alan 266 nəfərlə bağlı Baş Prokurorluğa məlumat göndərilib
Next articleNK-nın un qərarı çörək ajiotajının qarşısını alacaq?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here