Home Cəmiyyət Bu, Türkiyə ilə qardaşlığımızı əks etdirən özəl gündür

Bu, Türkiyə ilə qardaşlığımızı əks etdirən özəl gündür

245
0

Xarici işlər naziri Ceyhun Bayramov 15 sentyabr 1918-ci ildə Bakının işğaldan azad edilməsinə münasibət bildirib.

Sosialxəbər.az xəbər verir ki, XİN rəhbəri bu barədə Tvitter səhifəsində paylaşım edib.

“15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi Azərbaycan və Türkiyənin tarixə dayanan qardaşlığını, birliyini, çətin gündə dəstəyini əks etdirən özəl bir gündür. Şəhidlərimizi dərin hörmətlə anırıq!”, – nazir vurğulayıb.

Qeyd edək ki, bu gün Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 103 il ötür. 1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad edib.

Previous articleBağçıdan Bakının azad edilməsi ilə bağlı paylaşım
Next articleAzərbaycandan İrəvana ötürülən milyonlar: İran nələr itirdi?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here