Home Şou-biznes Rəşid Mahmudov oğlunun infarkt keçirməsi ilə bağlı xəbərə aydınlıq gətirdi

Rəşid Mahmudov oğlunun infarkt keçirməsi ilə bağlı xəbərə aydınlıq gətirdi

288
0

“Yayılan bu söz-söhbətlər həqiqəti əks etdirmir. Bunu mənimlə görüşmək istəyən bir cavan oğlan yayıb ki, diqqətimi çəksin”.

Sosialxəbər.az bildirir ki, Bu barədə Oxu.Az-a açıqlamasında Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov oğlunun infarkt keçirməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. 

O bildirib ki, oğlunun səhhəti qaydasındadır:

“Bu məsələni yazan Füzulidən olan bir oğlandır. Düşünürəm ki, onun səhhətində ciddi problemlər var, əks halda belə bir şey etməzdi. Həmin oğlan neçə müddətdir mənim nömrəmə zəng edir və mənimlə görüşmək istədiyini deyir. Mən də demişəm ki, otur taksiyə Füzulidən gəl Bakıya. Gəliş-gediş üçün pulunu verirəm. Deyir ki, yox, sən durub gəlməlisən Füzuliyə. Mən də təbii ki, gedə bilmirəm. Zənglərinin əlindən onlayn dərslərimi apara bilmirdim. Məcbur olub iki əlaqə nömrəsini də blok etdim. 

Ondan sonra götürüb yalan-yanlış belə bir məlumat yazıb. Bilmirəm harada yayıb, kimə deyib, mənə zəng edib oğlumu soruşurlar. O gün yenə zəng edib deyir mən səni çox istəyirəm. Bu yazını ona görə yazdım ki, məni polisə verəsən, polis də məni sənin yanına gətirsin. Oğlum tam sağlamdır, heç bir narahatlıq yoxdur”.

Previous articleYaqub Zurufçunun son durumu AÇIQLANDI
Next articleNarkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olanlar tutuldu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here