Home Şou-biznes Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edildi

Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edildi

86
0

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib.

Sosialxəbər.az xəbər verir ki, bunu Report-a açıqlamasında sənətçinin həyat yoldaşı Aynur Zurufçu deyib.

O bildirib ki, xarici və yerli həkimlər ötən gecə Y.Zurufçunun durumunu birlikdə izləyiblər: “Həkimlər 2-3 saat Yaqubun başının üstündə olublar, konsilum edib və vəziyyətini dəyərləndiriblər. Bunun nəticəsi olaraq müalicə və terapiya ilə bağlı qərarlar veriləcək. Nəticə barədə bu gün məlumat alacağıq”.

Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır qiymətləndirirlər.

Previous articleBu şəxslərdə koronadan ölüm riski 11 dəfə çoxdur
Next articleAzərbaycan Gorus-Qafan yolunda rüsum alır?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here