Home QHT Milli intellektual mülkiyyətimizə vurulan zərbə- Əkrəm Bəydəmirli

Milli intellektual mülkiyyətimizə vurulan zərbə- Əkrəm Bəydəmirli

286
0

Ciddi  araşdırmalar, dəqiq müşahidələr göstərir ki, Azərbaycan xalqı həm genetik, həm də tibbi baxımdan, həmçinin digər kriteriyalara görə,  dünyanın ən intelllektual mülkiyyət sahibi olan xalqlarından geri qalmır. Lakin bu intellekt hər zaman təyinatı üzrə sərf  olunmayıb. Tarixin müxtəlif dönəmlərində o cümlədən 20-ci əsrdə  ağlı-qaralı, uzun yol keçən  bir millət nə qədər repressiyalara, vicdanlı, imanlı  aydınların itkisinə məruz qalar? Kimin sifariş verməsindən asılı olmayaraq bütün hallarda  xalqın zəkalı, imanlı  insanlarını aradan götürmək hədəflər sırasında olub. Sosialxəbər.az xəbər verir ki, bu sözləri Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli deyib.

O, qeyd edir ki, düşmən qüvvələr tərəfindən çox düşünülmüş, məkrli planların tərkib hissəsi olan belə mənəvi terror aktları keçmiş sovetlər birliyi dövründə öz  “bəhrəsini” verdi.

Həmin totalitar rejim dövründə cəza aparatının üzvlərinin xeyli hissəsi ermənilər idi. Onların hədəfləri Azərbaycanın tanınmış simalarını sıradan çıxarmaq, millətin intellektual mülkiyyətini məhv etmək olub. Son illər bu mövzularla bağlı  məntiqli və məntiqsiz formada xeyli yazılıb. Nəticə çıxarmaq isə oxucunun vəzifəsidir.

Gerçəkdən bir vətəndaş olaraq Azərbaycan tarixinin qaranlıq məqamlarını, qismən də olsa repressiya tarixini tədqiq etmək mənim istəyim olub. Bu tədqiqatlara media və QHT təmsilçisi olaraq vaxtılə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  dəstəyi ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin layihəsi çərçivəsində başlamışdım.  Son dövrlər əlimiz layihələrdən üzüldüyünə görə, bu müqəddəs missiyanı layihədən kənar davam etdirməyi qərar verdim.

 Bu gün təəssüf və məyusluq hissilə fikirləşirəm ki,  Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbənin arxasında kimlər dayanıb? Əgər  həmin dövrlərdə saysız-hesabsız  Azərbaycan ziyalısı bu qədər mənəvi və fiziki işgəncələrə məruz qalıb repressiyalara düçar olmasaydı millətin intellektual inkişaf səviyyəsi tamam fərqli olacaqdı.

Çox dəyərli  tədqiqatçı Aslan Kənanın  “XX əsrdə repressiyaya məruz qalanlar” kitabının elektron versiyasını diqqətlə oxudum.  Kitabın müəllifini şəxsən tanımasam da, ona bu, fədakar əməyinə, zəhmətkeş tədqiqatına görə. təşəkkür edirəm. Çünki  Ziya  Bünyadovun  «Qırmızı terror» kitabından sonra  (1993)  belə geniş araşdırmalara rast gəlməmişdim. Aslan Kənanın  “XX əsrdə repressiyaya məruz qalanlar” kitabı dövrün şəхsiyyətlərinin talelərindən bəhs edən dəyərli araşdırmalar toplusudur. Kitab XX əsrdə repressiyaya mərruz qalmış insanların faciəli taleyindən bəhs olunur.

Mən üzərində çalışdığım “XX əsr Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbənin arxasında erməni izləri” geniş tədqiqat işində  adını çəkdiyim şəxsiyyətlərin və digər insanların elmi araşdırmalarından mənbə kimi istifadə edirəm.

Azərbaycanın repressiya tarixini sakit şəkildə oxumaq, tədqiq etmək çətindir.  Tacir ailəsində dünyaya göz açan Salman Mümtaz  öz şüurlu həyatını, intellektini, hətta maddi resurslarını Azərbaycan elminə, ədəbiyyatına həsr etsə də, sonda görün, hansı aqibətlə üzləşir.

Onu “Bakinskiy raboçi” qəzetində nəşr olunan məqalələrində buraxdığı “ideloji səhvlərini” əsas göstərərək pantürkizm və millətçilikdə ittiham edirlər.  “Xalq düşməni” damğası vurulan Salman Mümtaz tutduğu vəzifələrdən azad edilir və 8 oktyabr 1937-ci ildə həbs olunaraq, ağır işgəncələrə məruz  qalır. Həbs olunan zaman topladığı 270-ə yaxın əlyazma məhv edilir. Salman Mümtaz 10 il müddətinə azadlıqdan məhrum edilərək Rusiyanın Oryol vilayətinə sürgün olunur. 1941-ci ilin sentyabrında Oryol şəhəri yaxınlığında Medvedski meşəsində güllələnir.

Osman Mirzəyev  “Ağ ləkələr” kitabında (Bakı, 1991, səh. 93) tarixin daha bir ləkəsinə toxunaraq yazırdı: “Salman Mümtazın qızı xatırlayır ki, atama ailəsi ilə 15 dəqiqəlik görüş verdilər. Həmin görüşdə atam danışırdı ki, professor Çobanzadə və Qbeydulinin yalanlarına şahidlik edib üzümə durublar. Qbeydulina çox yaxşılığı keçmiş Salman Mümtaz professoru məzəmmət edir. Qbeydulin ona sarı atılıb kədərli bir səslə “məcburam Salman, məcbur eləyirlər, bacarmıram. Sonra nəzarətçilər professorun başına, ağzına təpiklə vuraraq, onu sürüyə-sürüyə aparırlar”.

 Tədqiqatçı Aslan Kənan  “XX əsrdə repressiyaya məruz qalanlar” (Bakı–2011-ci il, səh. 10.) kitabında   yazırdı: Əhməd Cavad ağır işgəncələrə, məşəqqətlərə dözə bilməyərək Daхili İşlər Komissarı Sumbatova ərizə ilə müraciət edir: ―…Proşu vaşeqo rasporojeniya uskorit sledstvie moyemu delu…‖. Artıq istintaqın dözülməz gedişatına tab gətirə bilməyən yazıçı müstəntiqin suallarına ―”doğru”, ―”düzgün” cavab verməyə razılıq verir.

Həmin dövrlərdə  müstəntiqlərin məqsəd yalnız istintaq işini nəyin bahasına olur-olsun başa çatdırıb, məhkəməyə təqdim etmək idi. Bunun nəticəsi idi ki, məhkəmələrdə hər bir ―müttəhimə 15-20 dəqiqə müddətində hökm çıхarılırdı.

Bu gün bəlkə də bir çoxları üçün belə mövzular maraqlı deyil.  Ancaq qırıq-qırıq cümlələrdə bir çox hallarda  həqiqətlər gizlənir. Bütün bunlar isə zövq almağa  deyil, gerçəkliyə işıq salmağa xidmət edir.  Dəyərli oxucular, aparılan araşdırmalarla bağlı cüzi məqamları diqqətinizə çatdırmağa  cəhd etdim.

Previous articleAzərbaycan xalçaları Moskvada sərgilənəcək
Next articleMetroda qatarda problem yarandı, sərnişinlər boşaldıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here