Home QHT Mədəniyyət Nazirliyində İctimai Şura üzvləri ilə görüş keçirilib

Mədəniyyət Nazirliyində İctimai Şura üzvləri ilə görüş keçirilib

274
0

Bölmə:Mədəniyyət › ,
Tarix: 22:47 09.09.2021

Sosialxəbər.az bildirir ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şura üzvlərinin nazirliyin struktur bölmə rəhbərləri ilə görüşü keçirilib.

Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov və Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli adıçəkilən şöbələrin fəaliyyəti haqqında İctimai Şura üzvlərinə ətraflı məlumat verib. Bildirilib ki, səmərəli qarşılıqlı fəaliyyətin təşkil edilməsi üçün nazirliyin struktur bölmələrinin iş prosesi ilə yaxından tanışlıq mühüm əhəmiyyət kəsb edir. Bu cür görüşlər Şura üzvləri və nazirliyin vəzifəli şəxsləri arasında ictimai nəzarət tələb edən məsələlər üzrə məsləhətləşmələrin aparılması üçün də əhəmiyyətli rol oynayır.

Qeyd olunub ki, İctimai Şuranın fəaliyyətinin yüksək səviyyədə həyata keçirilməsi üçün nazirliyin rəhbərliyi və struktur bölmələri zəruri dəstəyi verəcək.

Daha sonra İctimai Şura üzvlərini maraqlandıran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.

Previous articleDİM-in gənc əməkdaşı koronadan vəfat etdi
Next articleQarabağda “Qırğız kəndi”, “Qazax kəndi” yaradılarsa…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here