Home Hadisə DİM-in gənc əməkdaşı koronadan vəfat etdi

DİM-in gənc əməkdaşı koronadan vəfat etdi

1128
0

Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşı Zəhra Qarayeva vəfat edib.

Sosialxəbər.az xəbər verir ki, bu barədə DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib.

O qeyd edib ki, Z.Qarayeva avqust ayının 2-də məzuniyyətə çıxıb, məzuniyyət vaxtı COVID-19-a yoluxub və xəstəxanaya yerləşdirilib:

“Daha əvvəl hər iki doza vaksin olunub. Xəstəxanada müalicə alıb və özünü normal hiss edib. Lakin sonradan daxili orqanlarında – böyrəyində yaranmış problemlə əlaqədar vəziyyəti pisləşib. Həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb və sentyabrın 8-də xəstəxanada vəfat edib. Gənc idi, 29 yaşı var. Allah yaxınlarına səbir versin. Allahdan rəhmət diləyirik!”, – X.Xanlarzadə deyib.

Previous articleMetroda qatarda problem yarandı, sərnişinlər boşaldıldı
Next articleMədəniyyət Nazirliyində İctimai Şura üzvləri ilə görüş keçirilib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here