Home Mədəniyyət Azərbaycan xalçaları Moskvada sərgilənəcək

Azərbaycan xalçaları Moskvada sərgilənəcək

428
0

“Azərxalça” ASC ilk dəfə Moskvada təşkil olunan beynəlxalq tekstil sərgisində iştirak edəcək.

Sosialxəbər.az xəbər verir ki, “Heimtextil” sərgisi 14-16 sentyabr tarixlərində keçiriləcək.

Qurumun mətbuat katibi Xatuna Abdullayeva bildirib ki, sərgidə bütün növ Azərbaycan xalçaları nümayiş etdiriləcək:

“Daha çox isə Qarabağ xalçalarına üstünlük veriləcək. Sərgidə Azərbaycan xalçaları “Made in Azerbaijan” brendi altında nümayiş etdiriləcək. Burada klassik Azərbaycan xalçaları ilə yanaşı, yeni dizayn üslubunda toxunan modern tərzli əsl əl xalçalarımız nümayiş olunacaq”.

Previous articleƏzizov Kiyevdə səfərdədir
Next articleMilli intellektual mülkiyyətimizə vurulan zərbə- Əkrəm Bəydəmirli

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here