Home Sosial Daha 5 qazimiz Türkiyəyə göndərildi

Daha 5 qazimiz Türkiyəyə göndərildi

2649
0

Ağır yaralanan daha 5 qazimiz YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilib.

Sosialxəbər.az xəbər verir ki, Fond tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

YAŞAT Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 131 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 81-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Türkiyəyə göndərilən qazilərimiz aşağıdakılardır:

1. İdrisov Ərşad Rafiq oğlu

2. Misirzadə Rahib Mübariz oğlu

3. Əmənli Nurlan Şirzad oğlu

4. Səmədov Ceyhun Eldar oğlu

5. Əzizli Səddam Nazim oğlu

Previous articleZəngilanda “Ağıllı kənd”in inşasına nə qədər pul ayrılıb?
Next articleOrdumuzun Naxçıvandakı birləşmələri məşqə başladı – Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here