Home Hadisə Sabiq direktor 30 min manatlıq dələduzluq edib

Sabiq direktor 30 min manatlıq dələduzluq edib

69
0

Abşeron rayonunda sabiq məktəb direktorunun məhkəməsi başlayır.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Abşeronun Mehdiabad qəsəbəsi 5 saylı tam orta məktəbin sabiq direktoru Samirə Əkbərovanın qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Aparılan istintaqla müəyyən edilib ki, Samirə Əkbərova həmin məktəbin direktoru vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək Təhsil Nazirliyinin işə qəbulla bağlı müəyyən edilən qaydalarından kənar ayrı-ayrı vətəndaşlara onların həm özününün direktoru olduğu orta məktəbə, həm də digər təhsil müəssisələrinə xeyli miqdarda pul müqabilində müəllim, kitabxana müdiri və sair vəzifələrə düzəldəcəyi barədə yalan vədlər verib aldadaraq, həmin vətəndaşların 30 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Samirə Əkbərovaya Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (xeyli miqdarda dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunub və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Previous articleSülhməramlılar Qarabağda sanki bir qurumu qoruyur – Aznevi
Next articlePA-nın şöbə müdiri yeni nazirdən danışdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here