Home Təhsil Məktəblər açılır: Tədris nə vaxt başlayır və necə olacaq?

Məktəblər açılır: Tədris nə vaxt başlayır və necə olacaq?

1232
0

Azərbaycanda tədris ənənəvi qaydada bərpa olunmalıdır. Peyvənd olunanların sayına və ya fəaliyyət göstərən ictimai məkanlara baxsaq, ənənəvi təhsilə qayıda bilərik.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a təhsil üzrə mütəxəssis Kamran Əsədov deyib.

Mütəxəssis qeyd edib ki, mediada təhsillə bağlı yanlış məlumatlar yayılıb:

“Mətbuatda yayılıb ki, tədris 15 sentybarda yox, 22 sentybar ya da 29 sentyabrda başlayacaq. Bu qısa zamanda, bir həftə və ya bir neçə gün ərzində biz nəyə nail ola bilərik ki? Zatən orta məktəbdə çalışan müəllimlərin əksəriyyəti peyvənd olunub”.

Kamran Əsədov bildirib ki, Azərbaycanda tədris prosesi birmənalı şəkildə ənənəvi olmalıdır:

“Çünki biz onlayn tədrisi təşkil edə bilməmişik. Bizim buna resurs və alətlərimiz yoxdur, keyfiyyətli tədrisi onlayn qaydada keçirə bilmirik”.

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev bu gün saat 14:00-da canlı yayımda tədrisin nə vaxt və necə başlayacağı haqda rəsmi mövqeyi açıqlayacaq.

Previous articleSülhməramlılar 60 ermənini Amarasa gətirdi
Next articleİlham Əliyevdən yeni təyinat

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here