Home Cəmiyyət İlham Əliyevdən yeni təyinat

İlham Əliyevdən yeni təyinat

255
0

Azərbaycanın mədəniyyət nazirinə birinci müavin təyin olunub.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Elnur Əli oğlu Əliyev mədəniyyət nazirinin birinci müavini təyin edilib.

Qeyd edək ki, E.Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit ixtisası üzrə bakalavr və 2001-ci ildə İqtisad Universitetinin eyni ixtisas üzrə magistr dərəcəsini, 2013-cü ildə Böyük Britaniyanın Mançestr Universitetinin maliyyə ixtisası üzrə MBA dərəcəsini alıb.

E.Əliyev 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyi sistemində çalışıb. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında işləyib. Son təyinata qədər Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın ticarət nümayəndəsi olub.

2020-ci il avqustun 12-dən mədəniyyət nazirinin müşaviri vəzifəsində işləyib.

Previous articleMəktəblər açılır: Tədris nə vaxt başlayır və necə olacaq?
Next articleMəktəb və universitetlər bu tarixdə açılır – Nazir elan etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here