Home Sosial DYP-dən əlillərin yolunu kəsən sürücülərə xəbərdarlıq

DYP-dən əlillərin yolunu kəsən sürücülərə xəbərdarlıq

95
0

Paytaxt ərazisində yaradılmış müvcud infrastrukturda sağlamlıq imkanları məhdud olan şəxslərin hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə nəzərdə tutulan qaydalara əməl etməyən sürücülər və hərəkətin digər iştirakçılarının bir daha diqqətinə çatdırırıq ki, pandusların qarşısında dayanma-durma tələblərinin pozulması, görmə imkanları məhdud şəxslər üçün nəzərdə tutulan məlumatverici nişanların tələblərinə əməl edilməməsi, eləcə də parklama zamanı əlillər üçün xüsusi nişanla fərqləndirilən yerlərdən təyinatı üzrə düzgün istifadə olunmaması tərəfimizdən yol hərəkəti haqqında qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. Bu isə inzibati tənbeh tədbirlərinin seçilməsinə əsas yaradır.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin əlillərin yolunu kəsən sürücülərə xəbərdarlığında bildirilib.

“Sürücülər, hərəkətin digər iştirakçıları və bütün ictimaiyyət üzvlərindən xahiş edirik ki, sağlamlıq imkanları məhdud olan şəxslərin sərbəst hərəkət etmək hüquqlarına hörmətlə yanaşsınlar!”

Fürsətdən istifadə edib Tokiyo şəhərində keçirilən Yay Paralimpiya Oyunlarında yüksək nəticə əldə edən paralimpiyaçılarımızı təbrik edir, onların uğurları ilə qürur duyduğumuzu bildiririk”, – DYP-dən bildiirlib.

Previous articleBu, özəl məktəblərin öz qərarıdır, amma… – Nazir
Next articleSülhməramlılar Qarabağda sanki bir qurumu qoruyur – Aznevi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here