Home Qarabağ Əgər Ordumuz daha bir əməliyyat keçirsə… – Millət vəkili

Əgər Ordumuz daha bir əməliyyat keçirsə… – Millət vəkili

244
0

44 günlük müharibədə Azərbaycan Ordusu böyük bir qəhrəmanlıq göstərərək dünyada bənzərinə çox az rast gəlinən qələbəyə imza atdı. Bu qələbənin təməlində Azərbaycan xalqının sarsılmaz iradəsi dayanır. Bu gün bütün dünya, elə Amerikanın özü də qələbəmizi araşdırır. Ermənistanın arxasında böyük beynəlxalq güc var idi. Hazırda qələbəmizi, bölgədəki yeni geosiyasi reallığı qəbul etmək istəməyənlər var. Ona görə ölkəmizə fərqli vasitələrlə təzyiqetmə cəhdləri edilir.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov ABŞ Dini Azadlıqlar üzrə Beynəlxalq Komissiyasının 2021-ci il hesabatında ölkəmizin əleyhinə qeyd edilən yalan məlumatlar haqqında fikirlərini bildirərkən deyib.

“Prezident Administrasiyası iyul ayında ölkəmizdəki diplomatik missiyanın nümayəndələrinin Şuşaya səfərini təşkil etmişdi. Əlbəttə ki, ABŞ, Fransa və Rusiya səfirləri də sözügedən səfərə dəvət edilmişdi. Lakin onlar səfərdən imtina etdilər, halbuki özləri gedib şəxsən həqiqəti görə bilərdilər. Azərbaycan dövləti hazırda müstəqil siyasət aparır. Bu müstəqil siyasətin arxasında ölkə Prezidentinin iradəsi dayanır. Ölkə başçısının siyasəti xalqın iradəsinə əsaslanır. Bunu isə böyük dövlətlər tam mənası ilə həzm edə bilmirlər”.

Vahid Əhmədov son dövrlərdə Minsk Qrupunun yenidən aktivləşdirilmə cəhdlərindən, həm rus sülhməramlılarının xoşagəlməz fəaliyyətindən də danışıb:

“Son dövrlərdə bir sıra dövlətlər yenidən ATƏT-in Minsk Qrupunu dirçəltmək istəyir, digər tərəfdən Rusiya Ermənistana silahlar göndərir, rus sülhməramlıları özlərini sülhməramlı kimi aparmırlar. Laçın dəhlizindən humanitar yardım adı altında silahlar keçirilir. Bunlar hamısı öz təsdiqini tapmış faktlardır. Fəqət unudurlar ki, Azərbaycan artıq kifayət qədər təcrübəyə və güclü orduya malik olan dövlətdir. Eyni zamanda ölkəmizdə bütün milli məsələlərdə dövlət və xalq birliyi var. Lazım olan anda İlham Əliyev yenidən dəmir yumruğu işə sala bilər”.
Millət vəkili ABŞ-ın Dini Azadlıqlar üzrə Beynəlxalq Komissiyasının 2021-ci il hesabatında Azərbaycanın əleyhinə həqiqətə uyğun olmayan, şər-böhtan xarakterli qiymətləndirmənin arxasında da erməni lobbisinin olma ehtimalını vurğulayıb:

“Amerikada sözügedən komissiyanın ölkəmizin əleyhinə belə bir qərar qəbul etməsinin arxasında erməni lobbisinin təhdidi, şantajı və ya təzyiqi ola bilər. ABŞ-da erməni lobbisi çox güclüdür və onlar vaxtaşırı Azərbaycan əleyhinə qərarların qəbuluna, addımların atılmasına çalışırlar. Lakin Azərbaycanı da dəstəkləyən Türkiyə, İsrail və Böyük Britaniya kimi dövlətlər var. Digər tərəfdən bunlar dövlətimizin işğaldan azad edilmiş bölgələrdə son 10 ayda gördüyü quruculuq işlərini müşahidə edirlər. Bu bölgələrdə yeni istehsal sahələri açılır, nəqliyyat və infrastruktur yenidən qurulur. Füzulidə aeroportun açılması özü böyük tarixi hadisədir və qələbəmizi həzm edə bilməyənlərin ikili standartlı siyasətinə böyük bir zərbədir. Burada əsasən Ermənistan müharibədəki məğlubiyyətindən qəti şəkildə dərs çıxarmalıdır. İlk olaraq onlar Qarabağı yaddan çıxarmalı, “status” məsələsini unutmalıdırlar. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Ermənistan Türkiyə və Azərbaycanla normal qonşuluq münasibətləri qurmaq istəyirsə, uydurma soyqırım və ərazi iddialarından, təxribatlardan birdəfəlik əl çəkməlidir. Yoxsa növbəti dəfə başlarına dəyən dəmir yumruğun təsirindən bir də ayılmaları çox çətin olacaq”.

Previous articleÖlkəmizdə koronaya yoluxanların sayı azaldı
Next articleSülhməramlıların mandatı: Müzakirə niyə uzanır?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here