Home Sağlamlıq Ölkəmizdə koronaya yoluxanların sayı azaldı

Ölkəmizdə koronaya yoluxanların sayı azaldı

75
0

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2406 yeni yoluxma faktı qeydə alınıb, 2867 nəfər müalicə olunaraq sağalıb.

Sosialxəbər.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axar.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 37 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 445 278 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 386 549 nəfər müalicə olunaraq sağalıb, 5879 nəfər vəfat edib. 52 850 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11550, bu günə qədər isə ümumilikdə 4 563 070 test icra olunub.

Previous articleAzərbaycan Milli Paralimpiya komandasının üzvləri təltif edildi
Next articleƏgər Ordumuz daha bir əməliyyat keçirsə… – Millət vəkili

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here