Home QHT Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib

Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib

130
0

Bölmə:Mədəniyyət › ,
Tarix: 09:42 05.09.2021

Mədəniyyət Nazirliyi yanında İctimai Şura müxtəlif bölgələrdə monitorinqlər keçirəcək.

Sosialxəbər.az xəbər verir ki, bu barədə İctimai Şura üzvlərinin keçirdiyi ilk iclasda məlumat verilib.


İclasda bir sıra məsələlər müzakirə olunub. Milli-mədəni irsin qorunması və təbliği istiqamətində Fəaliyyət Planı nəzərdən keçirilib.

İctimai Şuranın sədri Gəray Əlibəyov bildirib ki, Şura vətəndaş cəmiyyəti ilə dövlət qurumu arasında körpü rolunu oynayacaq. Fərdlər və təşkilatların qurumla bağlı müraciətlərini aidiyyəti üzrə çatdırmağa və icra olunmasına çalışacağıq. Yenilikçi layihələrin yerinə yetirilməsi üçün edilən müraciətlərin də yerinə yetirilməsi üzrə fəaliyyət göstəriləcək. 


Qeyd edilib ki, İctimai Şuranın yeni seçilmiş üzvləri mövcud qanunvericiliyə və ölkə rəhbərinin tələbinə uyğun fəaliyyət göstərəcək, mədəniyyət sahəsində, mədəni irsin təbliği ilə bağlı səmərəli iş aparmaqla yanaşı, insanların maariflənməsində yaxından iştirak edəcək. İctimai iştirakçılığın təmin olunması üçün zəruri bütün vasitələrdən istifadə olunacaq.


Şuranın sədr müavini Şahin Qədirov isə bildirilib ki, regionlarda monitorinqlər və görüşlər keçirilməsi nəzərdə tutulub. Qarşılıqlı fəaliyyət aparılacaq. İşğaldan azad olunmuş ərazilərdə olan dağıdılmış abidələr ilə bağlı materialların hazırlanması, erməni vandallığının nümayiş etdirilməsi üçün müsabiqələr keçiriləcək.


İclasda təşkilati məsələlər, monitorinq, maarifləndirmə və qiymətləndirmələr üzrə Fəaliyyət Planı, hüquqi aktlara dəyişikliklər barədə fikir mübadiləsi aparılıb, rəy və təkliflər qeydə alınıb. Şura üzvləri cari və perspektiv iş planlarını müzakirə edib, icrası nəzərdə tutulan məsələlər barədə rəy və mülahizələrini bildiriblər.

Previous articleRəis müavini və atası eyni gündə koronadan öldü
Next articleŞuşanın möhtəşəm gecə görüntüsü: 3 abidə… – Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here