Home İdman Tokio-2020: Azərbaycan 14-cü qızıl medalını qazandı

Tokio-2020: Azərbaycan 14-cü qızıl medalını qazandı

4081
0

Azərbaycan təmsilçiləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha iki qızıl medal qazanıb.

Sosialxəbər.az Report-a istinadən xəbər verir ki, para-atlet Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda 55 saniyə ilə bütün rəqiblərini geridə qoyub.

O, həmçinin paralimpiya rekordunu da qırıb.

Bundan əlavə, digər para-atlet Orxan Aslanov uzunluğa tullanma növündə qızıl medal əldə edib. O, 7,36 metr nəticə göstərib.

Qeyd edək ki, aktivində 14 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 9-cu pillədə qərarlaşıb.

Previous articleAlimlərdən şok: Koronaya yoluxan insan sürətlə qocalır
Next articleBalakən rayonunda yanğın hadisəsi baş verib

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here