Home İqtisadiyyat Bu günə kimi vətəndaşlara nə qədər ipoteka krediti verilib? – RƏSMİ

Bu günə kimi vətəndaşlara nə qədər ipoteka krediti verilib? – RƏSMİ

1009
0

Bu günə qədər Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondu (İKZF) xətti ilə 35 253 borcalana 1 milyard 890,899 milyon manat məbləğində ipoteka krediti verib.

Sosialxəbər.az bildirir ki, Bu barədə fondun açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 232,518 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 974 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Previous articleQubadlı rayonunun Dondarlı kəndindən videogörüntülər – VİDEO
Next articlePrezident qızıl medallar qazanan idmançılarımızı təbrik etdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here