Home Hadisə Polis dənizdə batan şəxsi xilas edərkən özü boğuldu

Polis dənizdə batan şəxsi xilas edərkən özü boğuldu

1190
0

Boğulmaq təhlükəsi ilə üzləşən şəxsi xilas etməyə çalışan gənc polis əməkdaşı öz həyatını da itirib.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

“Əlahiddə Çevik Polis Alayının polis nəfəri, 21 yaşlı İbrahim Əlosmanov dünən saat 18 radələrində Xəzər rayonundakı “Mayak” çimərliyində bir nəfərin suda boğulduğunu görür və onu xilas etmək üçün dərhal özünü dənizə atır. Lakin dərinlik və yüksək dalğalar ona mane olur. Polis əməkdaşı həyatını xilas etməyə çalışdığı 45 yaşlı Rövşən Qasımovla birlikdə öz həyatını itirir.

Fədakar polis əməkdaşının ailəsinə dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin!”, – Mətbuat xidmətindən bildirilib.

Previous article“Zəfər Yolu”nun inşası tamamlanmaq üzrədir
Next articleÖtən ay yaşa görə əmək pensiyası təyin olunanların sayı AÇIQLANDI

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here