Home Hadisə Göygöl rayonunda qətl hadisəsi baş verib

Göygöl rayonunda qətl hadisəsi baş verib

1482
0

Göygöl rayonunda qətl hadisəsi baş verib.

Sosialxəbər.az bildirir ki, Göygöl rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, sentyabrın 1-i saat 19 radələrində Göygöl rayonu, Çaylı kəndi ərazisində kənd sakini 1993-cü il təvəllüdlü Ayxan Hüseynlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı, 1986-cı il təvəllüdlü Hüseyn Əsgərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ayxan Hüseynliyə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hüseyn Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

Previous article“TurAz Şahini – 2021”: Hərbçilərimiz Türkiyədə
Next articleTükiyənin məşhur aktyoru dünyasını dəyişdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here