Home Qarabağ Daha 3 qazimiz Türkiyəyə göndərildi

Daha 3 qazimiz Türkiyəyə göndərildi

286
0

Ağır yaralanan daha 3 qazimiz YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilib.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, YAŞAT Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

Bildirilib ki, YAŞAT Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Həmin şəxslər aşağıdakılardır:

1. Süleymanlı Aqil Akif oğlu

2. Əliyev Çingiz Yaquf oğlu

3. Səlimzadə Tural Vasif oğlu

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 126 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 73-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Previous articleKamran Əliyev Türkiyəyə getdi
Next articleCebhe.info 6 yaşında: “Cümhuriyət” qəzetinin bərpasından da 6 il ötür

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here