Home QHT ŞAYHM İB-nin “Arxa cəbhədən ön cəbhəyə dəstək” adlı tədbiri keçirilib – FOTOLAR

ŞAYHM İB-nin “Arxa cəbhədən ön cəbhəyə dəstək” adlı tədbiri keçirilib – FOTOLAR

90
0

30 avqust tarixində Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin (ŞAYHM İB) təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsinə həsr edilmiş “Arxa cəbhədən ön cəbhəyə dəstək” adlı tədbir keçirilib. Sosialxəbər.az -ın verdiyi məlumata görə, Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Rövşən Ağamaliyev mərasim iştirakçılarını salamlayıb və şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad etməyi xahiş edib.

İB sədri bu layihənin məqsədləri və gələcəkdə görüləcək işlər haqqında danışıb. Şəhid ailələrinə və arxa cəbhədən ön cəbhəyə yardım edən vətəndaşların mükafatlandırılması və onların hərbiçilərimizə verdiyi dəstəyin önəmini vurğulayıb.

Rövşən Ağamalıyev daha sonra sözlərinə davam edərək bildirib ki, gənclərin milli vətənpərvərlik ruhunda yetişməsinin ilk nümunəsi 2016-cı il 4 günlük Aprel döyüşləri oldu: “Bu döyüşü əslində 44 günlük Vətən müharibəsinin baş məşqi də adlandırmaq olar. Azərbaycanın mərd, qorxmaz oğulları düşmənin daim təbliğ etdiyi “yenilməz erməni ordusu” sindromunu, mifini 4 günlük müharibə ilə məhv etdi. Lələ Təpənin azad olunması ermənilərin döyüş ruhuna məhvedici zərbə vurdu. Bu qalibiyyət bütün Azərbaycana yeni ruh gətirdi, insanların inamını özünə qaytardı. Və qazanılan bu qələbə Böyük Qələbənin başlanğıcı oldu”.

Daha sonra İB-nin idarə heyyətinin üzvü və Nəzarət Təftiş Komissiyasının sədri Niyaməddin İbrahimov tədbir iştirakçılarını salamlayaraq lahiyənin uğurundan, mənəvi təsirindən danışıb və bu kimi tədbirlərin davamlı olacağını bildirib. O, bu kimi lahiyələrin gənclərin vətənpərvərlik ruhunda böyüməsində bir nümunə, örnək olacağını xüsusi vurğulayıb.

Tədbirdə 44 günlük Vətən müharibəsində özü üçün topladığı kəfən pulunu və pensiyasını Müdafə Nazirliyinin Yardım Fonduna köçürən şəhid nənəsi İsmayılova Əminəxatın çıxış edərək iştirakçılara təşəkkürünü bildirib və belə layihələrin davam etdirilməsini arzulayıb.

Şəhid Bəxtiyar Aslanovun adına təsis olunmuş medal və “Vətənə xidmət edirəm” medalı şəhidin anası Tünzalə Zöhrabovaya təqdim olunub. T.Zöhrabova çıxış edərək Azərbaycan torpaqlarının işğaldan azad edilməsində milli birliyin, Vətənə məhəbbətin böyük rol oynadığını vurğulayıb.

37 saylı Kəlbəcər rayon orta məktəbin müəllimi Günel Məmmədova çıxış edərək 44 günlük müharibə barədə fikirlərini bildirib, təlim və tərbiyyə prosesində şagirdlərə vətənpərvərliyi, Vətənə sevgi aşılamağı daim diqqətdə saxladığını qeyd edib.

Qeyd edək ki, Günel Məmmədova Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinə üzv qəbul olunub.

Digər tədbir iştirakçıları da layihə barədə fikirlərini bildiriblər.

Tədbirin sonunda Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi tərəfindən hazırlanmış medalların təqdimatı olub.

Previous article“Aztelekom”dan 20 min manata yaxın pul oğurlandı
Next articleNikol düz etdi, əks halda bu, müharibə səbəbi olacaqdı…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here