Home Dünya Nikolun Türkiyə açıqlamasının hədəfi – Ərol

Nikolun Türkiyə açıqlamasının hədəfi – Ərol

278
0

Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumət iclasında gündəmə gətirdiyi “müsbət siqnallar” mövzusu yeni bir şey və sürpriz deyil. Ancaq burada yanlış anlaşılmanın qarşısını almaq üçün bir məsələyə aydınlıq gətirmək lazımdır. Belə ki, sözügedən məsələdə ilk ciddi addım rəsmi İrəvan tərəfindən atılmalıdır.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Məhməd Seyfəddin Ərol deyib.

“Türkiyə və Azərbaycanın Ermənistandan tələbləri qətidir. İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistandan edilən tələblər hələ də gündəmdədir. Ermənistanın Azərbaycan və Türkiyənin ərazi bütövlüyünün tanınması məsələsində atacağı müsbət addımın qarşılığı ona “Altılıq platforması”na qoşulmaq imkanı verəcək. Bu əməkdaşlıqdan və regionda yaranan yeni fürsətlərdən ən çox Ermənistan özü qazanacaq”, – Ərol bildirib.

Onun sözlərinə görə, Ermənistan yenə siyasi iradə göstərməkdə zəif davranır və təcavüzkar siyasətdən mədət umur:

“44 günlük Vətən müharibəsini bitirən 10 noyabr üçtərəfli bəyannaməsindən sonra da rəsmi İrəvanın izlədiyi ənənəvi təxribatçı siyasət bölgədə qeyri-müəyyənliyi və müharibə riskini artırmaqdadır. Dolayısı ilə Ermənistan hər şeydən öncə yekun sülh müqaviləsinin imzalanması üçün siyasi iradə nümayiş etdirərək ondan gözlənilən addımı atmalıdır. Ermənistandan bu addımı özəlliklə Azərbaycan, Rusiya və Türkiyə gözləyir. Hətta Ermənistan ictimaiyyətinin arasında müharibə istəməyənlərin sayı daha da artır. Son parlament seçkilərinin nəticələri də bunu göstərir. Paşinyan özü də problemin həll edilməməsinin onun siyasi həyatını bitirəcəyinin fərqindədir”.

Məhməd Seyfəddin Ərol rəsmi İrəvanın “siqnallar” yerinə, konkret addımlar atmalı olduğunu vurğulayıb:

“İrəvanın və ya Qarabağ klanı ilə birlikdə diasporun Qarabağın “statusu” məsələsindəki israrı Ermənistan dövlətini daha çətin vəziyyətə salır. Ermənistanın artıq bu müharibəni davam etdirə biləcək gücü yoxdur və gələcəyi heç də parlaq görünmür. Erməni xalqı Qərbə inteqrasiya etmək istəyir və bunun yolunun da yalnız bölgə ölkələri ilə əməkdaşlıqdan keçdiyinin fərqindədir. Paşinyanın Türkiyə, Rusiya və Azərbaycan üzərindən verdiyi açıqlamalar əslində daxili auditoriyanı rahatlaşdırmaq və yeni xarici siyasətində ictimaiyyətin dəstəyini almaq məqsədini güdür. Paşinyanın son Türkiyə açıqlamasının da hədəfi budur. Bu açıqlama onu göstərir ki, artıq Paşinyan da Türkiyəni bölgədə və dünyada konstruktiv və əhəmiyyətli bir tarazlaşdırıcı faktor olaraq görməyə başlayıb.

Rusiyanın prosesi dəstəkləyəcəyini düşünürəm. Əks təqdirdə bölgədə münaqişə davam edəcək. İkinci Qarabağ savaşında Moskva belə bir ehtimalı gördüyü üçün qarışmamaqla düzgün siyasət yürütdü. Rusiyanın son dövrdə Ermənistanı yenidən himayə etməyə başlaması və Qarabağda müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının öz vəzifələrini dürüst şəkildə yerinə yetirməməsi ona qarşı etimad və etibarı azaldır. Rusiyanın problemin həllinə yanaşmasında dəyişiklik etməsi və bayaq qeyd etdiyimiz mənfi tendensiyanın davam etməsi son nəticədə bölgədə və dünyada Rusiyanın vasitəçi dövlət kimi nüfuzuna böyük zərbə vuracaq”.

Previous articleQərbyönlü Mirzoyan ilk səfərini niyə Rusiyaya etdi?
Next articleMingəçevirdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər SAXLANILDI

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here