Home Sosial Babayev Səlim Müslümovun kadrına yeni vəzifə verdi

Babayev Səlim Müslümovun kadrına yeni vəzifə verdi

1072
0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin sabiq müdiri Çingiz Əliyev yeni vəzifəyə təyin olunub.

Sosialxəbər.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, nazir Sahil Babayevin müvafiq əmri ilə Çingiz Əliyev Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyəti sədrinin müşaviri təyin edilib.

Qeyd edək ki, Çingiz Əliyev həbsdə olan sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun yaxın kadrı kimi tanınıb. Keçmiş nazirin dövründə Dövlət Sosial Təminat Xidmətinin rəisi olub.

Previous articleAzərbaycanda rəis müavini işdən azad olunub
Next articleBərdə-Ağdam yolunun inşası zamanı minalar aşkarlandı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here