Home Hadisə “Aztelekom”dan 20 min manata yaxın pul oğurlandı

“Aztelekom”dan 20 min manata yaxın pul oğurlandı

1133
0

Bu ilin avqust ayının 27-də Bərdə rayon sakini İsmayıl Məmmədov Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək ona məxsus 19 000 manat pulun oğurlanması barədə məlumat verib.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Axar.az-a bildirilib ki, daxil olan məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində İ.Məmmədovun Aztelekom MMC-nin filialında yerləşən otağındakı seyfdən 19000 manat pulu oğurlayan şəxsin həmin müəssisənin əməkdaşı İsmayıl Eminov olduğu müəyyən edilib.

İsmayıl Eminov istintaqa təqdim olunmaqla şübhəli şəxs qismində saxlanılıb və oğurlanmış pullar maddi sübut kimi götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Previous articleErməni “liderlər” Qarabağa getməkdən imtina etdi
Next articleŞAYHM İB-nin “Arxa cəbhədən ön cəbhəyə dəstək” adlı tədbiri keçirilib – FOTOLAR

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here