Home Qarabağ İrəvan Qarabağda 2 sentyabrda təxribata hazırlaşır

İrəvan Qarabağda 2 sentyabrda təxribata hazırlaşır

312
0

Azərbaycan tərəfi sentyabrın 2-də separatçı-terrorçu rejimin qondarma “müstəqillik günü”nün 30 illiyini qeyd etmək istəyənlərlə bağlı ciddi addım atmalıdır.

Sosialxəbər.az bildirir ki, Bunu Axar.az-a açıqlamasında politoloq Tofiq Zülfüqarov deyib.

“Xüsusilə bu məsələdə Rusiya sülhməramlılarına ciddi xəbərdarlıq edilməlidir. Əvvəla ona görə ki, belə bir günün “qeyd edilməsi” həm 10 noyabr bəyanatının kobud şəkildə pozulması, həm də Rusiya sülhməramlılarının vəzifə səlahiyyətlərini yerinə yetirməməsi deməkdir. Xankəndi və ətrafı müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətindədir. Yəni ermənilərin burada edəcəyi istənilən insidentdən onlar cavabdehlik daşıyır. Buna görə də nə olur-olsun, Rusiya sülhməramlıları belə bir günün keçirilməsinə icazə verməməlidir.

Rəsmi Bakı məsələ ilə bağlı həm Moskvaya, həm də Rusiya sülhməramlılarının komandalığına xəbərdarlıq etməlidir. Bundan əlavə, Azərbaycan Rusiya sülhməramlıları ilə birlikdə Laçın dəhlizinə nəzarəti həyata keçirməlidir. Qarabağa heç bir xarici ölkə vətəndaşı qanunsuz keçə bilməz. Ermənistan vətəndaşları da xarici ölkə vətəndaşı sayılır və eyni qaydada onlar da Qarabağa rəsmi Bakının icazəsi olmadan buraxılmamalıdır”.
T.Zülfüqarov onu da qeyd edib ki, 44 günlük müharibədən sonra çətin ki, Ermənistandan hansısa rəsmi şəxs qondarma qurumun ”müstəqillik günü”ndə iştirak etməyə cəsarət etsin

Previous articleBakı və Ankara əsgərlərini buna görə geri çağırdı
Next articleBakıda növbəti geniş dezinfeksiya aparılır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here