Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.
Sosialxəbər.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı fransalı Sandrin Martine ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Hacıyeva paralimpiya çempionu olub.
***
Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
Raman Saleh 100 metr məsafəyə arxası üstə üzmə yarışında bütün rəqiblərini geridə qoyaraq, birincilik qazanıb.
***
Azərbaycanın daha bir paracüdoçusu Vüqar Şirinli Tokio-2020 Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.
60 kq çəki dərəcəsində çıxış edən idmançı qazaxıstanlı Anuar Sarıyevlə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Şirinli qızıl medal qazanıb.
