Home DİN Korona xəstəsi olan qadın ictimai yerdə saxlanıldı

Korona xəstəsi olan qadın ictimai yerdə saxlanıldı

83
0

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar edilib.

Sosialxəbər.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, rayonun Hənifə kənd sakini Samrin Əlimərdanovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün o, ev şəraitində müalicəyə cəlb edilib.

Lakin həmin şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və avtomobilini təmir məntəqəsinə aparıb.

İnfeksiya daşıyıcısı olduğunu bilə-bilə yaşadığı ünvanı tərk edərək digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan daha bir rayon sakini Sevda Mamedova da ictimai yerdə müəyyən edilib. Hər iki şəxslə izahedici söhbətlər aparılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadıqları ünvanlara geri qaytarılıblar.

Onların barələrində Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.

Previous articleBu, Ankara və Bakıda Rusiyaya olan etibarı zəiflədir – Ağar
Next article“Dəniz kuboku” müsabiqəsində növbəti epizod

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here