Home Hərbi “Dəniz kuboku” müsabiqəsində növbəti epizod

“Dəniz kuboku” müsabiqəsində növbəti epizod

104
0

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində növbəti epizod yerinə yetirilib.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi dənizçiləri müsabiqənin “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” üzrə mərhələsində “Xilasetmə vasitələrinin istifadəsi” tapşırığını yerinə yetiriblər.

Bu mərhələdə hərbi dənizçilər komandada beş nəfər olmaqla xüsusi üzgüçülük geyimlərini geyinərək müəyyən məsəfəni qət edib, xilasedici salı avarlar vasitəsilə təyin olunan nöqtəyə gətiriblər.

Hakimlər komissiyasının qərarı ilə bu mərhələdə İran komandası 20 balla birinci, Rusiya komandası 18 balla ikinci, Azərbaycan komandası 16 balla üçüncü, Qazaxıstan komandası isə 11 balla dördüncü yerə layiq görülüb.

Yarışların ümumi nəticəsinə görə hazırda İran komandası 58 balla birinci, Qazaxıstan komandası 49 balla ikinci, Azərbaycan komandası 48 balla üçüncü, Rusiya komandası isə 46 balla dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsi ümumi üç mərhələ üzrə altı epizoddan ibarətdir.

Növbəti günlərdə hərbi dənizçilərimiz “Artilleriya atışlarının yerinə yetirilməsi” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayacaqlar.

Previous articleKorona xəstəsi olan qadın ictimai yerdə saxlanıldı
Next articleEldar Həsənovun məhkəməsi başlayır

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here