Home Siyasət Bu, Ankara və Bakıda Rusiyaya olan etibarı zəiflədir – Ağar

Bu, Ankara və Bakıda Rusiyaya olan etibarı zəiflədir – Ağar

181
0

Sosialxəbər.az bildirir ki, Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağarın Axar.az-a müsahibəsi:

– “Fərat qalxanı” hərəkatının beşinci ili tamam oldu. Sizcə, bu hərəkatın həyata keçirilməsini zəruri edən səbəblər nə idi?

– “Fərat qalxanı” hərəkatı Türkiyənin mütləq şəkildə həyata keçirməli olduğu hərəkatların birincisidir. Çünki Suriya və İraqda yuva salan həm radikal İŞİD, həm də PKK kimi terror təşkilatları Türkiyənin təhlükəsizliyinə təhdid təşkil edirdi. Bu terrorçuların sərhədlərimizdən kənara atılması Türkiyənin unitar dövlət quruluşu və milli təhlükəsizliyi baxımından xüsusi önəm kəsb edir.

– Türkiyənin “Fərat qalxanı” hərəkatı ilə ətrafındakı terror koridorunu yardığını deyə bilərikmi?

– Hərəkat 431 km hədəfi ilə başladı, ancaq ABŞ-ın çox ağır təzyiqləri nəticəsində 132 kilometrlik genişlik və 30 km dərinliklə məhdudlaşdı, müəyyən bir nöqtədə isə dayandı. Nəticədə terrorçuların əksəriyyəti sərhədlərimizdən uzaqlaşdırıldı. Ancaq Amerika da burada duruş gətirə bilmədi və bölgəyə rusların daxil olması ilə vəziyyət daha qarışıq bir hala gəldi. Ortada ABŞ və Rusiyanın anlaşmalara riayət etmədiyi, Suriyada rejim və PKK-nın dəstəkləndiyi bir mənzərə var.

– Əl Bab əməliyyatı “Fərat qalxanı” hərəkatının önəmli bir qolu idi. Əl-Babda nəzarətin əldə edilməsi ilə Türkiyə dövləti nə qazandı?

– “Fərat qalxanı” hərəkatı, məncə, insanlığın radikal terrorizm üzərində qazandığı bir qələbədir. Buna görə insanlıq, İŞİD təhlükəsi ilə qarşı-qarşıya qalan Yaxın Şərq ölkələri Türkiyəyə təşəkkür etməlidirlər. İŞİD-in “Qiyamət Savaşı”nı aparacağını iddia etdiyi Dabık bölgəsi Əl Babdan 40 km uzaqlıqda yerləşir və bu terror təşkilatı üçün önəmli bir əhəmiyyətə sahib idi. İŞİD öz tərəfdarlarını Dabıkda “Qiyamət Savaşı”nın olacağına və dünyanın sonunun gələcəyinə inandırmışdı. Türk Silahlı Qüvvələri Əl Bab əməliyyatı ilə onun bu iddiasının yalan olduğunu sübut etdi və İŞİD-ə çox böyük zərbə vurdu. Əl Babdan sonra İŞİD heç bir yerdə duruş gətirə bilmədi və varlığı təhlükə altına düşdü. Bu baxımdan Əl Bab əməliyyatının çox böyük tarixi əhəmiyyəti var.

– 22 oktyabr 2019-cu ildə imzalanan Soçi anlaşmasını Türkiyə və Rusiya əməkdaşlığının yeni bir səhifəsi kimi dəyərləndirmək mümkündürmü? Digər tərəfdən, Liviya və Qarabağda Türkiyə ilə Rusiya arasında olan əməkdaşlığı necə qiymətləndirirsiniz?

– Yaşanan hadisələr hibrid müharibələrdə bizə həqiqi mənada dost və düşmənin olmadığını göstərir. Bu mənada Amerika ilə olduğu kimi, Rusiya ilə də Türkiyənin müəyyən sahələrdə əməkdaşlıq etdiyini və ya qarşı-qarşıya gəldiklərini müşahidə edirik. Son dərəcə çətin, paradokslu mübarizə ilə qarşı-qarşıya olduğumuzu mütləq şəkildə bilməliyik. Yəni proksi müharibələrin özünəxas xüsusiyyətləri var. Proksi müharibələr çoxmənalı, çoxzamanlı, çoxməkanlı, çoxaktorlu və çoxdövlətlidir. Liviyada Rusiya ilə əməkdaşlıq fikri ilə razı deyiləm, çünki burada Türkiyə və Rusiya qarşı-qarşıya gəldi. Qarabağda isə özünəməxsus bir vəziyyət formalaşıb. 44 günlük Vətən müharibəsindən sonra Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi quruldu. Ancaq son dövrdə Qarabağda baş verən hadisələr Rusiyanın Ermənistanı və erməni separatçılarını dəstəklədiyini göstərir. Bu, Türkiyə və Azərbaycanda Rusiyaya olan etibarı zəiflədir. Rusiya Türkiyə ilə Qərbin arasında münasibətlərin gərgin olduğu bir dönəmdə yaranmış tarixi fürsətdən yararlana və ortaya uzaqgörən bir baxış qoya bilmir.

Previous articlePutin “Bu, İrəvan üçün intihar olar” demişdi: nəticəsi?
Next articleKorona xəstəsi olan qadın ictimai yerdə saxlanıldı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here