Home Qarabağ Ermənilər Qubadlıda əsgərimizə qəfil hücum etdi – Video

Ermənilər Qubadlıda əsgərimizə qəfil hücum etdi – Video

82
0

Avqustun 25-də saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan silahlı qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb.

Sosialxəbər.az bildirir ki, DSX-dan Axar.az-a verilən məlumata görə, digər sərhəd naryadlarının köməyə gəldiyini görən Ermə­nistan hərbçiləri ərazinin sıx meşəlik olmasından istifadə edərək geri qaç­ıblar.

“Əsgər R.Şirəliyev təcili olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilib, hazırda həyatı üçün təhlükə yoxdur. Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür və bu təxribata adekvat cavab veriləcək”, – məlumatda vurğulanıb.

Previous articleHərbçilərimiz Qafan-Gorus yolunu bağladı
Next articleƏsgərimiz sülhməramlıların nəzarətindəki əraziyə keçdi – MN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here