Home Hadisə Qaxda meşə yanır

Qaxda meşə yanır

1100
0

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb.

Sosialxəbər.az xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri, yerli sakinlər və müvafiq qurum nümayəndələri cəlb edilib.

İlkin məlumata görə, yanğına səbəb gecə saatlarında yanğın baş verən ərazidə irigövdəli ağacı ildırım vurması olub.

Hazırda dağlıq-meşəlik ərazidəki yanğın nəzarətə götürülüb, söndürülmə prosesi aparılır.

Previous articleEyyubinin babası Azərbaycanın bu bölgəsindən köçüb
Next articleƏrdoğan Azərbaycanla bağlı bu qərarı da təsdiqlədi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here