Home Cəmiyyət Bu rayonlarda 2 gün qaz olmayacaq

Bu rayonlarda 2 gün qaz olmayacaq

256
0

Qaz İxrac İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt Magistral Qaz Kəmərində görüləcək təmir işləri ilə əlaqədar bu gün saat 15:00-dan iki gün müddətində “Tovuz”, “Ağstafa” və “Köçəsgər” QPS-lərdən qidalanan əhali və sənaye qrup istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sosialxəbər.az bildirir ki, Azəriqaz İstehsalat Birliyindən Axar.az-a verilən məlumata görə, təmir müddətində Tovuz şəhəri və rayonun 15 yaşayış məntəqəsi, həmçinin Ağstafa rayonunun tam olaraq (Ağstafa şəhəri və rayonun 33 yaşayış məntəqəsi) qaz təchizatının 2 gün müddətinə məhdudlaşdırılması gözlənilir.

Abonentlərdən anlayışlı olmalarını xahiş edirik. Görülən işlər soyuq aylarda mavi yanacağın davamlı şəkildə verilməsinə şərait yaradacaq.

Previous articleErmənistan parlamentində yenidən dava baş verib
Next articleQHT-lər acınacaqlı durumda: “Ofislərimizi təhvil verib evdə oturmuşuq”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here