Home QHT Vətəndaş Cəmiyyətinin məhvinə fərman verən kimlərdir?

Vətəndaş Cəmiyyətinin məhvinə fərman verən kimlərdir?

330
0

Hər zaman maraqalı yazıları ilə gündəm olan Müstəqil jurnalist, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı bu dəfə də cəmiyyətə, əslində hökumətə mesajlar verdi. Sosial şəbəkədə bir status paylaşdı:


Vəziyyət belə davam etsə intihar edəcəm.
Mənim kimi güclü insan əgər bu fikrə düşürsə,
demək vəziyyət kritikdir.Zarafat etmirəm.
Yazdıqlarımı ciddiyə alın.


Səhərisi gün ikinci bir statusunda bunları yazdı:
Dünənki statusum əslində hökumətə çağırışdır.
Dolana bilmirik. Bir-iki ay da belə getsə acından öləcəyik.


Məmurların süfrəsi ilə bizim süfrəmiz eyni deyil. Xalqın,
əlilin 200 manatlıq təqaüdü yaman çox görünür, kəshakəsdir.


Necə yaşayaq? Prezidentə xəbər verin, QHT-lərin vəziyyəti
acınacaqlıdır. Hansısa qara əl, bizi hökumətin üstünə qaldırır.


Cürətiniz varsa deyin. Ünvanızı göstərin ki, sizlər xalqın da,Prezidentin də düşmənisiniz!
Bəs görəsən Müstəqil jurnalist, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızının narahatlığı nədir?


Mətanət Əsgərqızı:
– 2014- cü ildən rəsmən iflic vəziyyətə salınan Vətəndaş Cəmiyyəti institutu güclə də olsa ayaqda qalmağı bacardı. Bu müddət ərzində özünə hər bir şərait yaradan QHT-lər də oldu, lakin bu bir faiz təşkil etdi. Bu zaman kəsiyində az vəsaitlə ayaqda qalmağı, tapşırılan işi, layihəni yüksək səviyyədə yerinə yetirən öncül QHT-lər də formalaşsa da sosial mediada sanki Vətəndaş Cəmiyyətinə qarşı bir bum yaşandı. Sifarişli yazıların ardı kəsilmədi. Hərdən düşünürsən ki, qurunun oduna yaşı da yandırmaq cəmiyyətdə QHT-lərə qarşı inamsızlıq yaratmağa hesablanıb. Amma düşməni dostundan çox olan dövlətin sağlam insanlara hər zaman ehtiyacı var. Lakin bu fədakar insanlar heç də qorunmadı. Bizlərə qarşı hökumətin qayğısını hisss etmədik. Bu qayğısızlıq illərdir davam edir. Bizlərə ayrılan qrantların hesabatlılığına nəzarət edən qurumlar bir dəfə də düşünmədilər ki, digər qurumlarda fəaliyyət göstərənlər kimi haradasa işləmirik və maaş da almırıq…


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il aprelin 19-da Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əsasında ” Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzaladı. Düşündük ki, yeniliklər olacaq. Tez-tez də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yeni təyin olunmuş Müşahidə Şurasının üzvləri zoom vasitəsi ilə görüşlərə başladılar. Müzakirələr aparıldı. Prezidentin köməkçisi Hikmət Hacıyev də bir neçə dəfə QHT-lərlə görüşlər keçirərək təklifləri dinlədi. Bizdə də inam yarandı ki, yeniliklər olacaq. Lakin zaman keçdikcə hiss olundu ki, bu yenilikləri tormuzlayacaq nələrsə baş verir. Dəfələrlə müraciətlərimiz oldu və Müşahidə Şurasının üzvləri qeyd etdilər ki, onlar tərəfdən bütün hüquqi sənədlər hazırlanıb təmin olunub. Müstəqil araşdırmamızdan sonra məlum oldu ki, artıq iki qurum Nazirlər Kabineti və Maliyyə Nazirliyi arasında nə ixtilaf varsa prosesi yubadırlar. Zarafat deyil, 2021-ci il dövlət büdcəsindən QHT-lərin fəaliyyəti üçün beş milyona qədər vəsait ayrılmışdır. Həmin vəsait QHT-lərin layihələrinə verilməyibsə, Maliyyə Nazirliyi hara yönəldib? Doğrudan hələ də bəzi məmurlar düşünürlər ki, dövlətin pulunu hara istəsələr xərcləyə bilərlər? Məncə artıq belə məsələlərin hesabatını verməyin vaxtıdır. Bu vəsait dədələrinin deyil. Cənab Prezident o vəsaiti QHT-lərin layihələrinə yönəltmək üçün ayırıb. Ölkənin rəhbəri gözəl bilir ki, Vətəndaş Cəmiyyəti olkənin ictimai-siyasi həyatında iştirak edərək dövlətin möhkəm təməl üzərində dayanmasını ehtiva edir. Ofis icarəsindən tutmuş mühasib xidmətinə görə ödənişlər edir və neçə-neçə insan evinə pul apararaq ailəsini dolandırır.


Hörmətli Nazirlər Kabineti və Maliyyə Nazirliyi, aranızdakı ixtilafı bitirin. Zəhmət çəkin ortada qalan 5 milyon vəsait hansı dalanda qalıbsa Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin hesabına oturdun. Nə gözəl, rahat binalarınız və kabinetləriniz var. Amma bilməmiş deyilsiz Agentliyin ofisi belə yoxdur. Vətəndaş Cəmiyyətini özünüzə düşmən etməyin. Çünki artıq vəziyyətimiz ağırdan da ağırdır. Ataların gözəl misalı var, el bir olsa dağ oynadar yerindən. Cəmiyyətin aparıcı qüvvəsi olan QHT-lər xalqı birləşdirə bilirsə, məmur özbaşınalığına görə bir yerdə olacaq. İnanın cidanı çuvalda gizlətmək olmaz. Kiminsə oyunu gedib Cənaba çatacaq. Vətəndaş Cəmiyyətinin məhvinə fərman verən kimlərdir? o sualı da sizdən soruşacaq.
Mətanət Əsgərqızı Müstəqil jurnalist, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri

Previous articleAgentliyin müsabiqə elan etməməsinə QHT-lərdən sərt etiraz – SORĞU
Next articleEyyubinin babası Azərbaycanın bu bölgəsindən köçüb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here