Home Şou-biznes “Onlar olmasaydı, evdən qaçardım” – Safurə

“Onlar olmasaydı, evdən qaçardım” – Safurə

365
0

“Uşaqlarla darıxmıram, hətta uşaqların sayəsində evdə oturmağı sevirəm. Onlar olmasaydı bəlkə də evdən qaçardım”.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri müğənni Safurə Əliyeva “Özəl” proqramında qonaq olarkən deyib. Uzun fasilədən sonra yenidən ifaçılığa başlayan sənətçi övladlarından danışıb:

“Evdə istilik yaradırlar. 3 uşağım var, evdə onlarla heç darıxmaq olmur. Hərəsi bir şey edir, evdə nəsə baş verir. İsgəndər sakit, Ayşə ciddi uşaqdır. Düşünürəm ki, 3-cü uşaq Natiqdə analıq hissi daha yüksək oldu. Uşaqlarım mənim ən böyük fanatlarımdır”.

Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurub. O, İstanbulda yaşayır.

Previous articleBakıda daha bir yol kəsişməsinə sarı torlar çəkildi
Next articleAilə başçısını itirməyə görə pensiya və müavinət alanların sayı AÇIQLANDI

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here