Home Qarabağ Makron İrəvanda bu 4 “şərti” dilə gətirəcək – Şərh

Makron İrəvanda bu 4 “şərti” dilə gətirəcək – Şərh

273
0

Emmanuel Makronun payızda Ermənistana baş tutacaq səfəri heç bir müsbət şey vəd etmir. O, istər 44 günlük müharibədən öncə, istərsə də müharibədən sonrakı çıxışları ilə Fransanın heç də tərəfsiz olmadığın sübut edib. Çətin ki, rəsmi Paris bundan sonra bu siyasətini dəyişsin.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Fransa Prezidenti Emmanuel Makronun payızda Ermənistana baş tutacaq səfərini şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Makronun bundan öncəki mövqeyini payızda İrəvanda təkrarlayacaq:

“Birincisi, Makron ATƏT-in Minsk Qrupunun yenidən “prosesə“ qayıtmasının vacibliyindən bəhs edəcək.
İkincisi, “Dağlıq Qarabağ”da erməni əhalinin təhlüksəziliyinin qorunmasını xüsusi vurğulayacaq.

Üçüncüsü, Qarabağdakı “erməni abidələrinin“ qorunmasından danışacaq.

Dördüncüsü, sərhədlərin demarkasiya və delimitasiyası zamanı Azərbaycanın Ermənistan ərazisinə müdaxiləsinin yolverilməz olduğunu bildirəcək.

Makron bugünə qədər bu fikirləri bir neçə dəfə səsləndirib. Ehtimal ki, payızda da İrəvanda ümumiləşdirib yenidən deyəcək”.

T.Rzayevin sözlərinə görə, Fransa prezidenti həqiqətən də ölkəsinin tərəfsiz olduğunu göstərmək istəsə idi, payızda təkcə Ermənistana deyil, həm də Gürcüstan və Azərbaycana səfər edərdi.

Previous articleBoş qalan yerlərə ixtisas seçimi bu tarixdə olacaq
Next articleBirgə Monitorinq Mərkəzi niyə səssizdir?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here