Home Qarabağ Moskvadan Bakıya mesaj: Bunun əksi mümkün deyil – Video

Moskvadan Bakıya mesaj: Bunun əksi mümkün deyil – Video

97
0

Ermənilər Qarabağda hücum cəbhəsini genişləndirir: Şuşadan sonra Ağdam, Xocalı və Xocavənd istiqamətində təxribatlar törədilib.

Təxribat cəbhəsinin genişlənməsinin zamanı diqqət çəkir. Makron Putinlə telefon söhbətində Qarabağı müzakirə etdi. Kremlin rəsmi məlumatında qeyd olunurdu ki, “Putin Makronun xahişi ilə üçtərəfli razılaşmaların icrası haqqında məlumat verib”. O cümlədən, “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müxtəlif aspektləri üzrə, ilk növbədə, ATƏT-in Minsk Qrupunda gələcək birgə işlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb”.

Moskva bununla Qarabağda rus sülhməramlılarının fəaliyyətindən narazı olan və erməni terrorçuların çıxarılması tələbində israr edən Bakıya mesaj verir: Fransa istədiyi üçün bu haqda danışır və Minsk qrupunun “dirilməsinə” qarşı əsas maneə, eləcə də Bakının maraqlarına uyğun yeganə həmsədr ölkə Rusiyadır və bunun əksinin olması da mümkündür;

Makron Putindən sonra Paşinyanla danışdı, ardınca Qarabağda erməni terrorçular təxribat cəbhəsini genişləndirdi: hücumlar Paris və İrəvanın “məsələni Minsk qrupu formatına yenidən qaytarmaq” planlarının tərkib hissəsi kimi görünür;

Lakin Qarabağdakı erməni silahlılarının üzərində Rusiyanın təsir imkanlarını nəzərə aldıqda, bunun Moskvanın oyunu olduğu ehtimalı da ön plana çıxır: ruslar Azərbaycana maraqlarına təhlükə yaranacağı təqdirdə proseslərin inkişaf perspektivini göstərmək istəyirlər;

Bütün bunlar Ermənistanın və Qarabağdakı erməni terrorçuların əlini gücləndirir. Və yeganə yol onların anladığı dildən danışmaqdır.

Previous articleAllahşükür Paşazadə Çeçenistana getdi
Next article“YAŞAT” Fonduna nə qədər vəsait toplanıb?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here