Home Cəmiyyət Kapital Bank 28 May filialını istifadəyə verdi

Kapital Bank 28 May filialını istifadəyə verdi

80
0

Ölkənin aparıcı banklarından biri olan Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir və bu dəfə şəhərin mərkəzində, Bakı şəhəri, Füzuli küçəsi 71 ünvanında yerləşən 28 May filialını korporativ standartlara uyğun təmir edərək müştərilərin istifadəsinə təqdim edib..

Sosialxəbər.az xəbər verir ki, Kapital Bank-ın növbəti strateji dövrdə əsas hədəfləri arasında ipoteka biznesinin və eləcə də KOS (kiçik və orta sahibkarlıq) biznesinin inkişaf etdirilməsi önəmli yer tutur. Odur ki, bu istiqamətdə fəaliyyətin genişləndirilməsi, strateji hədəflərin yerinə yetirilməsi, o cümlədən davamlı olaraq artan müştəri ehtiyaclarını yüksək səviyyədə qarşılamaq məqsədilə 28 May filialı yeni konsepsiyada təmir edilib, daha rahat və sürətli xidmət göstərilməsi üçün filialda xüsusi şərait yaradılıb. Əlavə olaraq filial fiziki şəxslərə də bəzi bank xidmətlərini göstərməyi davam edəcək.

Bu filialda əsas etibarı ilə ipoteka məhsullarının – dövlət ipotekası, MİDA, kommersiya ipotekasının satışı və bu seqmentdən olan müştərilərin digər bank ehtiyaclarını qarşılayacaq xidmətlər həyata keçiriləcək. Bankın son zamanlar müştəri istəklərinə əsaslanaraq hazırlanan kommersiya ipoteka məhsulundan yararlananları isə filialda əlavə üstünlüklər gözləyir.

Həmçinin bununla bərabər kiçik və orta sahibkarlara göstərilən xidmətlərin genişləndirilməsi və asanlaşdırılması baxımından 28 May filialında aparılan yenidənqurma işlərində uyğun şərait yaradılıb və bu seqment müştərilərə xidmət, filialın gələcək fəaliyyətində önəmli yerlərdən birini tutacaq. KOS müştərilərinə hesabların açılması, maliyyələşmə məhsulları, şəxsi menecerlə təmin olunma, habelə şirkət rəhbərləri və təsisçilər üçün nəzərdə tutulan məhsul və xidmətlər təklif olunacaq.

Qeyd edək ki, məhz bu seqmentdən olan ipoteka partnyorlarının xidmət almaları, eləcə də məhsullarını təklif etmələri üçün filialda xüsusi imkanlar yaradılıb. Vətəndaşların mənzil ehtiyaclarının qarşılanması üçün ipoteka partnyorları arasında əməkdaşlıq mühüm yer tutur və yeri gəlmişkən, Kapital Bank hal-hazırda ölkənin tikinti sahəsinin aparıcı 50 şirkəti ilə partnyorluq münasibətləri qurub və gələcəkdə bu sahədə fəaliyyətini genişləndirəcək.

Previous articleGüclü külək Lerikdəki yanğının söndürülməsinə mane olur – RƏSMİ + VİDEO
Next articleAzəriqaz İB-nin “Açıq mikrofon” aksiyası davam edir

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here