Home Cəmiyyət İctimai yerlərdə korona xəstələri aşkarlandı

İctimai yerlərdə korona xəstələri aşkarlandı

257
0

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirusa yoluxmuş şəxslərin yaşadıqları ünvanları tərk etdikləri müəyyən olunub.

Sosialxəbər.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, COVID-19 testlərinin nəticələri pozitiv olan şəhər sakini İbrahim İsmayılova və rayonun Şordəhnə kənd sakini Şöhrət Qəhrəmanova ev şəraitində müalicə təyin olunub, karantin qaydalarına riayət etmələrinin vacibliyi onların diqqətinə çatdırılıb. Lakin həmin şəxslər yaşadıqları ünvanları tərk edib, infeksiyanın yayılmasına real şərait yaradıblar.

Araşdırma zamanı İbrahim İsmayılovun koronavirus xəstəsi olduğunu bilə-bilə insanların daha çox toplaşdığı ticarət obyektinə getdiyi məlum olub.

Hər iki şəxs barəsində Rayon Polis Şöbəsində araşdırma aparılır.

Previous article“Toppuş bacı”da yenidən şiş aşkarlandı
Next articleGüclü külək Lerikdəki yanğının söndürülməsinə mane olur – RƏSMİ + VİDEO

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here