Home Cəmiyyət Güclü külək Lerikdəki yanğının söndürülməsinə mane olur – RƏSMİ + VİDEO

Güclü külək Lerikdəki yanğının söndürülməsinə mane olur – RƏSMİ + VİDEO

77
0

Dünən Lerik rayonu, Soru kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə başlayan yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.

Sosialxəbər.az bildirir ki, Nazirlikdən verilən məlumata görə, yanğınsöndürmə əməliyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin bir ədəd helikopteri, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin tərəfindən həyata keçirilir.

Ərazidə, əsasən, kol-kos və qurumuş ağac kötükləri yanır.

Yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və mütəmadi güclənən küləkli hava mane olur.

Previous articleİctimai yerlərdə korona xəstələri aşkarlandı
Next articleKapital Bank 28 May filialını istifadəyə verdi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here