Home Cəmiyyət Allahşükür Paşazadə Çeçenistana getdi

Allahşükür Paşazadə Çeçenistana getdi

272
0

Avqustun 22-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Qroznı şəhərinə yola düşüb.

Sosialxəbər.az bildirir ki, QMİ-dən Axar.az-a verilən məlumata görə, səfərin əsas məqsədi bu gün, avqustun 23-də Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Əhməd Kadırovun anadan olmasının 70-ci ildönümü münasibətilə keçiriləcək tədbirdə iştirak etməkdir.

Qroznı şəhərinə gəlib çatdıqdan sonra QMİ sədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri, Şeyxülislam Allahşükür Paşazadə axşam saatlarında tədbirlərdə iştirak etmək üçün Çeçenistanın paytaxtına gələn Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri – RF Şimali Qafqaz regionunun müftiləri ilə görüşüb. Səmimi dostluq şəraitində keçən görüşdə bu gün, avqustun 23-də Çeçenistan Respublikasının birinci prezidenti Əhməd Kadırovun məzarını birgə ziyarət etdikdən sonra Şuranın iclasını keçirmək qərarlaşdırılıb.

Previous article2022-də pandemiya ilə mübarizə çətinləşəcək – Professor
Next articleMoskvadan Bakıya mesaj: Bunun əksi mümkün deyil – Video

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here