Home Hərbi Azərbaycan hərbi dənizçiləri İranda – Foto

Azərbaycan hərbi dənizçiləri İranda – Foto

1303
0

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün yola düşən HDQ-nin hərbi qulluqçuları İranın Ənzəli şəhərində qarşılanıb.

Sosialxəbər.az bildirir ki, Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, qarşılanma mərasimdə İran Hərbi Dəniz Donanmasının nümayəndə heyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra İran İslam Respublikasının nümayəndə heyətinin rəhbəri birinci dərəcəli kapitan Muhəmməd Vəkili hərbi dənizçilərimizi salamlayaraq onları ölkələrində görməkdən məmnunluğunu ifadə edib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri birinci dərəcəli kapitan Həbib Xəlilov təntənəli qarşılanmaya və göstərilən diqqətə görə iranlı həmkarına minnətdarlığını bildirib.

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Previous article“Azercell Telecom” MMC 2021-ci il üzrə “STEVİE” Beynəlxalq Biznes Mükafatlarının qızıl laureatı oldu
Next articleQızının toyundan yeni fotolar paylaşdı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here