Home Təhsil Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı

Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı

1305
0

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ixtisas seçimi bütün ix­ti­sas qrupları üzrə 2021‑ci il avqustun 30-dək in­ter­­net vasitəsilə aparılır.

İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna (qruplarına) aid olan 15-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abi­turi­yentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını https://eservices.dim.gov.az/erizebak/ixtisas1/?frm=egov1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. Abituriyentlər, müsabiqə şərtlərini ödədikləri halda, eyni vaxtda 2 ixtisas qrupu (I-IV ixtisas qruplarının hər hansı biri və V ixtisas qrupu) üzrə müsabiqədə iştirak edə bilərlər.

Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaş­malar­da di­gər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

Subbakalavrlar yalnız orta ixtisas təhsili pilləsində və ya yüksək texniki peşə təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər.

Previous articleŞuşalılar Yuxarı Gövhər Ağa məscidində – Foto
Next articleLotu Qulinin qəbirüstü abidəsi – Foto

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here