Home DİN Daha 63 nəfər toya buraxılmadı

Daha 63 nəfər toya buraxılmadı

301
0

Avqustun 18-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 18 toy şənliyinin monitorinqini həyata keçirib.

Sosialxəbər.az bildirir ki, DİN-dən Axar.az-a verilən məlumata görə, monitorinq 13 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

– 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

– 63 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Previous articleEyvazov DYP rəisini işdən çıxardı
Next articleMilli Qəhrəmanımızın büstü hazırlandı – Foto

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here