Home Təhsil İxtisas seçərkən bunları mütləq edin – Ekspert

İxtisas seçərkən bunları mütləq edin – Ekspert

112
0

İxtisas seçimi elektron qaydada həyata keçirilir və insan faktorunun təsiri mümkünsüzdür. Yalnız abituriyentin topladığı bal əsasdır. Heç bir halda kimsə bu və ya digər ixtisasa yerləşdirilmənin mümkün olması ilə bağlı abituriyentləri əmin edə və buna bənzər vədlər verə bilməz. 200 balı keçmiş bütün abituriyentlər özəl universitetlərə onsuz da qəbul olunur, bunun üçün ayrıca bir məsləhətə ehtiyac yoxdur.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov ixtisas seçimi ilə bağlı abituriyentlərə tövsiyəsində deyib.

“İxtisas seçimi edərkən təkcə “Abituriyent” jurnalının 2-ci sayındakı keçən ilin formalaşmış müsabiqə balları əsas deyil. Keçən il hansı balla qəbul olunması bu il də onun təkrar ediləcəyi demək deyil. Çünki keçən il abituriyentlərin sayı və onların topladığı bal fərqli idi. Yaxşı olar ki, builki və keçənilki “Abituriyent” jurnalının 4-cü sayını müqayisə etsinlər, seçdikləri ixtisaslar üzrə plan yeri və təhsil haqqının fərqinə baxsınlar. Bu kimi hallar da ixtisas seçiminə təsir göstərir. Seçdikləri ödənişli əsaslarla ixtisasların təhsil haqlarının onların büdcəsinə uyğun olub-olmamasını qətiləşdirsinlər. Çünki qəbul olunacaqları təqdirdə qısa müddətdə o məbləğli tam şəkildə ödəməlidirlər. Hər il onlarla abituriyent məhz buna görə qeydiyyatdan keçə bilmir”.

Ekspert bildirib ki, abituriyentlər ixtisas seçimi edərkən 15 ixtisas kodundan ilk 5-liyi topladıqları baldan 30-40 bal yüksəyə qədər seçə bilərlər:

“Bu, ancaq ilk 5 yerə aiddir. 11-15-ci yerlərin ixtisas kodunu topladıqları baldan 50 bal aşağıya qədər seçsinlər. Əsasən gələcək karyeralarını düşünüb ixtisas seçimi etsinlər. Əziz abituriyentlər, ali məktəblərə qəbul olunmaq xətrinə ixtisas seçimi etməyin. Sonra işlə təmin olunmaq problemə çevrilir. Valideynlərə tövsiyə edirəm ki, abituriyentlərə ixtisas seçimi zamanı təzyiq və təsir göstərməsinlər”.

Qeyd edək ki, abituriyentlərin ali məktəblərə ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2021‑ci il avqustun 20-dən 30-dək internet vasitəsilə aparılacaq.

Previous articleAzərbaycanda vəzifəli şəxs vəfat etdi
Next articleNikol 3 məsələni açıqladı: “həlledici toqquşmaya” hazırlaşır?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here