Home Qarabağ PUA-larımız Türkiyədəki beynəlxalq sərgidə

PUA-larımız Türkiyədəki beynəlxalq sərgidə

259
0

Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məmulatlar nümayiş edilir.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib.

Dünyanın inkişaf etmiş 50-dən çox ölkəsindən 1000-dən çox qabaqcıl şirkətin qatılacağı gözlənilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar – snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. olmaqla 133 adda məmulat nümayiş olunur.

Qeyd edək ki, sərgi avqustun 17-20-də Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikası Prezident Administrasiyasının himayəsi altında və Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Previous articleÖlkə başçısı Kəlbəcərdəki arıçılarla görüşüb
Next articleYoluxmaya görə bu qəsəbəyə giriş-çıxış bağlandı

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here